Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, İbrahim Zəkzakinin çıxışı ilə Abuja şəhərində ikinci “Şairlərin birliyi” konfransı başa çatıb.
Şeyx Zəkzaki çıxışında Peyğəmbərin Əhli-beytinin (ə) uca məqamını izah edərək vurğulayıb ki, tarix boyu onların fəzilətlərini zəiflətmək və gizlətmək üçün çoxsaylı cəhdlər göstərilib.
O, Əhli-beyt (ə) məktəbinin hidayətedici roluna toxunaraq bildirib ki, bu məktəbə bağlanmaq İslam ümməti üçün izzət və qələbəyə aparan yoldur. Onun sözlərinə görə, bu gün İranın əldə etdiyi dayanıqlılıq və uğurlar böyük ölçüdə Əhli-beyt (ə) yolunda sabit qalmasının nəticəsidir, baxmayaraq ki, bu yola qarşı geniş təzyiqlər və mübarizə aparılıb.
Zəkzaki bu prosesləri İslamın ilk dövrlərində yəhudilər, xristianlar və münafiqlər tərəfindən İslamı zəiflətmək üçün görülən tədbirlərlə müqayisə edərək əlavə edib ki, bu gün də müqavimət cəbhəsinə, xüsusilə İran İslam Respublikasına qarşı oxşar ittifaqlar müşahidə olunur.
Nigeriya İslam Hərəkatının lideri çıxışının digər hissəsində şeir və incəsənətin dini və ictimai məsələlərin çatdırılmasında mühüm rol oynadığını bildirib və qeyd edib ki, şeir cəmiyyətin maarifləndirilməsində və ictimai düşüncənin yönləndirilməsində təsirli vasitələrdən biridir.
O, Peyğəmbər (s) dövründə şairlərin rolunu xatırladaraq şairləri və mədəni fəalları çağırıb ki, şeirin imkanlarından istifadə edərək maarifləndirmə aparsınlar, fitnə və təxribatlara qarşı mübarizə aparsınlar və müsəlmanlar arasında etnik fərqləri qabardaraq parçalanma yaratmaq istəyən planları zərərsizləşdirsinlər.
Şeyx Zəkzaki sonda vurğulayıb ki, müsəlmanlar arasında etnik müxtəliflik olsa da, İslam dini bu fərqlərin fövqündə dayanır və ümmətin birliyi və həmrəyliyinin əsas meyarı olmalıdır.








Rəyiniz